5 Oktyabr Beynəlxalq Müəllimlər Günü

    Hər il oktyabrın 5 – i bütün  dünyada  Müəllim  Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər. Müəllimlik  dünyada ən  çətin, eyni zamanda  ən şərəfli və ən gözəl  peşədir. 

   Müəllim əməyinin nəticəsində  cəmiyyət formalaşır, savadlı , bilikli, geniş dünya görüşlü , nümunəvi əxlaqa malik  insanlar yetişir. Bu əlamətdar günlə əlaqədar məktəbimizdə  tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə və UBR Heydərova Vüsalənin təşkilatçılığı ilə  tədbir keçirildi. Tədbiri Salmanova İradə açaraq  müəllim heyyətini  peşə bayramı münasibəti ilə təbrik etdi. Sonra şagirdlər müəllimlərə həsr etdikləri  şeir və mahnılar  ifa etdilər.  

       Sonda  müəllim kollektivinə həsr olunmuş  videoçarx nümayiş etdirildi.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi