Bilik Günü

16 sentyabr 2019-cu il  məktəbimizdə “Bilik Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açildı. Məktəbimizin direktoru Namazova Elmira, qəsəbə üzrə İcra hakimiyyətinin nümayəndəsi Daşdiyev Ramiz, Həmkarlar Təşkilatı rəhbəri Məmmədova Tailə, tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə öz çıxışlarında yeni dərs ili münasibəti ilə müəllim və şagirdləri təbrik etdilər

Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi