Nəsimi dünyası

29 may 2019 –cu ildə Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar məktəbimizdə “Nəsimi dünyası” mövzusunda ədəbi – bədii gecə keçirildi. Tədbirdə məktəbin dil ədəbiyyat müəlimi Abbaslı Asif Nəsiminin həyat və yaradıcılığından söhbət açdı və Nəsimi yaradıcılığının Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil etdiyini söylədi. Şagirdlər şairin əruz vəznində yazdığı qəzəllərindən nümunələr səsləndirib, həmçinin “Nəsimi” filmindən hazırladıqları səhnəni nümayiş etdirdilər.