Dahi siyasətçi

10 may 2019- cu ildə Elman Heydərov adına 197 saylı tam orta məktəbdə dahi siyasətçi,Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 96 –cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbirin aparıcısı ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonra şagirdlərin ifasında ulu öndərə həsr olunmuş seir və mahnılar ifa olundu. Tədbirin sonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş etdirildi.