Monitorinq

11 aprel 2019-cu il tarixində E Heydərov adına 197 saylı tam orta məktəbdə I-IV siniflərdə şagirdlərin oxu sürətini, müstəqil yaradıcı iş səviyyəsini, habelə öyrənilmiş materialların qavrama, dərketmə, tətbiqetmə üzrə səviyyələrini öyrənmək məqsədilə Ana dili fənnindən monitorinq keçirildi.
Monitorinq məktəb rəhbərliyinin, ibtidai siniflər üzrə metodbirləşməsinin sədri Aygün Məmmədovanın və məktəbin kitabxana müdiri Zülfiyyə Məmmədovanın nəzarəti altında tam şəffaf keçirildi.