Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

4 aprel 2019 – cu ildə məktəbimizdə məktəblilərin fizika elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkminləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə “Cənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirildi. Müsabiqə IX- X-XI sinif şagirdləri arasında oldu. Müsabiqədə 3 komanda iştirak edirdi. Komandalar əvvəlcə 30 sualdan ibarət test tapşırıqlarını yerinə yetirdilər. Sonra hər komanda 2 məsələ və 1 təcrübə işi nümayiş etdirdi.
Qaliblər ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək və Qaradağ rayonu üzrə keçiriləcək müsabiqədə iştirak edəcəklər. Bütün şagirdlərimizə uğurlar arzulayırıq.