Kiçik Akademiya

Bakı Şəhəri Təhsil İdarəsinin Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətini gücləndirilməsinə dair əmrinə əsasən Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə təsis konfransı keçirildi. Konfransı giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova Kiçik Akademiyanın loqosunu iştirakçiların müzakirəsinə təqdim etdi. Məktəbin təsviri incəsənət müəllimi Sahib Şəmizadə tərəfindən hazirlanan loqo yekdilliklə Kiçik Akademiyanın emblemi kimi qəbul edildi.