1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən azərbaycanlılara qarşı soyqırım baş verdi.Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu gün 197 saylı tam orta məktəbin ibtidai və yuxarı sinif şagirdləridə bu faciəni anmaq məqsədilə ədəbi-bədii kompozisiya hazırlayıb təqdim etdilər.