XOCALI HARAYI

  

    25 fevral 2019-cu il tarixində Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdə Xocalı soyqırımı qurbanlarının eləcə də torpaqlarımızın müdafiəsi uğurunda şəhid olmuş bütün soydaşlarımızın xatirəsi ehtiramla anıldı.

     Tədbirdə çıxış edən müəllim və şagirdlər erməni vəhşiliyinin misli görünməmiş qəddarlıq və amansızlıqla çulğaşdığını dilə gətirdilər.1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərini yerlə-yeksan edilməsi, dinc əhaliyə vəhşicəsinə divan  tutulması ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım aktı olduğu xüsusi vurğuladı.

    Anım mərasimində Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirildi və kompozisiyalar nümayiş etdirildi. Həmin soyqırımın şahidi olmayan şagirdlərdə də ermənilər tərəfindən törədilmiş vəhşiliklər barədə dolğun təsəvvür yarandı və amansız düşmənə nifrət hissi artdı.

     Tədbirin sonunda belə bir əminlik ifadə olundu ki, Xocalı soyqırımı qurbanlarının qisası alınacaq və ermənilər öz layiqli cəzalarına çatacaqlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi