Xocalı harayı

Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə 26 fevral Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar təsviri incəsənət müəllimi Şəmizadə Sahibin rəhbərliyi ilə şagirdlərin Xocalını əks etdirən əl işlərindən ibarət rəsmlər nümayiş etdirildi. Rəsim sərgisinə Azərbaycanın milli qəhrəmanı repartyor Çingiz Mustafayev, Əlif Haciyev və digər Xocalı qurbanlarının fotoları və həyatı haqqında məlumatlar əlavə olundu. Sonda məktəbimizin şagirdləri “Xocalı” adlı xatirə kitabçasına Xocalı soyqırımı ilə bağlı öz fikirlərini qeyd etdilər.