Ana dilimizi sevək, sevdirək

                                      

       21 fevral 2019-cu ildə Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə " 21 Fevral- Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş tədbir təşkil edildi. Tədbirin aparıcısı Lamiyə Şahbazova çıxış üçün ilk sözü məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Asif Abbaslıya verdi. Asif müəllim Azərbaycan dilinin zənginliyindən, keçdiyi tarixi inkişaf yolundan və üzləşdiyi təzyiqlərdən danışdı. O, çıxışında doğma dilimizi sevməyin, onun saflığını qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırdı. Sonra şagirdlərin ifasında ana dilimizə həsr edilmiş şeirlər səsləndirildi və səhnəciklər göstərildi.

     Tədbir çərçivəsində şagirdlər arasında şeir müsabiqəsi də keçirildi. Münsiflər heyətinin təmsilçiləri: kitabxana müdiri Zülfiyyə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevinc Bağırova və Elnarə Məmmədrəhimova ən yaxşı şeir ifaçılarını müəyyənləşdirdilər. Belə ki, 1-ci yerə Balaş Azəroğlunun “Ana dili” seirini səsləndirən III sinif şagirdi Məlikov Ramal Ramin oğlu, II yerə Bəxtiyar Vahabzadənin “Ana dili” seirini səsləndirən VIII b sinif şagirdi Mikayılov Mikayıl Məmmədəli oğlu və Tofiq Bayramın “Ana dilim” şeirini səsləndirən VIII b sinif şagirdi Novruzov Hüseyn Ramiz oğlu, III yerə Nəbi Xəzrinin “Ana dili” seirini səsləndirən V a sinif şagirdi Alışanova Zəhra Ramin qızı və Xəlil Rza Ulutürkün “Mənim dilim” şeirini səsləndirən VII b sinif şagirdi Məmmədzadə Xədicə Xalıq qızı layiq görüldülər.

     Tədbirin sonunda qaliblərə və iştirakçılara diplomlar təqdim olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi