Valideynlərin məktəbdə bir günü

      11.02. 2019 –cu il tarixində Qaradağ rayonu  197 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynlərin övladlarının oxuduqları məktəbə ziyarəti təşkil edildi. Tədbirin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması , məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət yaradılması idi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova valideynləri məktəb kitabxanası, yeməkxanası, sinif otaqları , idman zalı, akt zalı, laboratoriyalar ilə tanış etdi. Tanışlıqdan sonra valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri  əldə edildi. Məktəb rəhbərliyinin iştirakı ilə valideynlərlə fikir mübadiləsi və müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi