Monitorinq-1

Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən dekabr ayının 26 – sı şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, buraxılış fənləri üzrə keyfiyyətin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirilməsinin formalaşdırılması məqsədilə Elman Heydərov adına 197 saylı tam orta məktəbdə 2, 4, 6 və 8 – ci siniflərdə təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Məktəb rəhbərliyinin və nəzarətçilərin iştirakı ilə monitorinq tam şəffaf şəkildə keçirildi. Sınaq kitabçaları nəzarətçilər tərəfindən rəhbərliyə təhvil verildi.
Şagirdlərimizin nəticələrinin qənaətbəxş olacağına ümid edirik.