Insan alveri ilə mübarizə

“Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” nın 13.9.4-cü bəndində təhsil və tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərini təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə 17.12.2018-ci il tarixində Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova , UBR Heydərova Vüsalə və məktəbin dil-ədəbiyyat və tarix müəllimlərinin iştirakı ilə 9-10-11 siniflərdə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə istiqamətində maarifləndirmə tədbirlər keçirildi. Tədbirdə şagirdlərə insan alveri mövzusunda geniş məlumatlar verildi və bu mövzuda videoçarxlar nümayiş etdirildi.