Heydər Əliyevin anım günü

    12 dekabr Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür.

Bu tarixdə Elman Heydərov adına 197 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbiri 9a sinif şagirdi Səadət Məmmədova açdı.Sonra isə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O, çıxışında ulu öndər Heydər Əliyevin həyat və quruculuq işindəki fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

    Məktəbin tarix müəllimi Səlimova Mavilə çıxış edərək şagirdlərə dahi insan Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmasını qeyd etdi.

    Şagirdlər Heydər Əliyevə həsr edilmiş şeirlərlə çıxış etdilər. Sonda yaddaşlarda qalan ulu öndər Heydər Əliyevin həyatı haqqında sənədli film nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi