20 YANVAR FACİƏSİNİN 26-CI İL DÖNÜMÜ 197 SAYLI TAM ORTA MƏKTƏBDƏ KEÇİRİLDİ

197 saylı tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Salmanova İradənin təşkilatçılığı ilə 19 yanvar 2016-cı il tarixində məktəbimizdə 20 yanvar hadisələrinin 26-cı il dönümü keçirildi.Məktəbin şagirdləri və müəllimləri şəhidlərin əziz xatirəsini bir dəqiqə sükutla yad etdilər.Anım mərasimində məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyev Anar, tarix müəllimləri H.Ülviyyə və S.Müavilə Vətən yolunda şəhid olmuş Azərbaycan ogullarının xatirəsini öz çıxışları ilə yad etdilər.Mərasimdə məktəbimizin şagirdləri də kiçik səhnəciklər və şeirlərlə çıxış etdilər.