BƏXTİYAR VAHABZADƏNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

Bakı Şəhəri,Qaradağ rayonu,Korgöz qəsəbəsi 197 saylı tam orta məktəbdə 15.12.2015-ci il tarixində kitabxana müdiri Məmmədova Zülfiyyənin təşkilatçılığı ilə,ölməz şairimiz Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş "Qürub düşüncələri"adlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbirdə şairin əziz xatirəsinə slaydlar və şagirdlərin çıxışları hazırlanıb.İlk öncə Zülfiyyə xanım şagirdlərimizə Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında qısa məlumat verib.Tədbirdə iştirak eden şagirdlər şairin yaradıcılığı və onun elmə nə qədər böyük sevgiylə,hörmətlə yanaşdığının bir daha şahidi olublar.Kitabxana müdiri M.Zülfiyyə şair haqqında öz fikirlərini yekunlaşdırdıqdan sonra tədbiri Bəxtiyar Vahabzadənin "Ana" şeri ilə açıq elan edib.Daha sonra söz dərs hissə müdiri Ə.Anar,Azərbaycan dili və ədbiyyat müəllimləri A.Asif, M.Elnarəyə verilib.Onlar Şairin Vətəninə olan sevgisindən,Ana dilindən,Vətənin tarixindən,Azərbaycanın mədəniyətindən öz şeirlərində necə böyük ehtiramla əks etdirdiyini bildiriblər.Və şairin gözəl şeirlərindən qısa bir parça səsləndirərk,şerin mənasını ,sözlərin dəyərini şagirdlərimizə izah edərk onun yaradıcılığını daha açıq və geniş şəkildə qeyd ediblər.Tədbirin sonunda kitabxana müdiri M.Zülfiyyə xanım tədbirdə iştirak edən şagird və müəllimlərə öz təşəkkürünü bildirərək bir daha vurğulayib ki,Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şair sənətinə verdiyi yüksək qiymət və dəyərin baris bir nümunəsidir.