Bir kərə yüksələn bayraq bir daha enməz!

Elman Heydərov adına 197 saylı tam orta məktəbin ibtidai sinifləri tərəfindən 7 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Dövlət bayrağ günü ilə əlaqədar təntənəli tədbir keçirildi.
Tədbir Dövlət Himni ilə açıldı. Sonra isə məktəbin təşkilati işlər üzrə direktor müavini Salmanova İradə Bayraq Günü haqqında danışdı, şagirdlərə ətraflı məlumat verdi. O qeyd etdi ki, bayraq təkcə bir dövlətin rəmzi deyil, həm də bir millətin şərəfı, qürurudur. Zaman-zaman bu qürur uğrunda bu şərəfi yüksək tutan oğullar ölümün ağuşunu dünyanın bütün nemətlərindən üstün tutublar. Sarılmaq üçün bir bayrağı olan vətən övladları bu bayrağı yüksəklərə qaldıran vətən sevdasını ürəklərində yaşadıblar.
Üçrəngli bayrağımız şagirdlər tərəfindən səhnəyə qaldırıldı.
Tədbirdə şagirdlər Dövlət rəmzləri haqqında məlumat verdilər, vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirdilər.
Sonda Salmanova İradə tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin kəlamı ilə bitirdi:
- “Bir kərə yüksələn bayraq bir daha enməz!”