Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə 6-noyabr 2018-ci il tarixində 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş “ Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?” mövzusunda inşa və “Bayraq qürur mənbəyimizdir” mövzusunda rəsm müsabiqəsi keçirildi. Müsabiqədə iştirak edən şagirdlər bayrağa olan məhəbbətini inşa yazmaqla və rəsm çəkməklə göstərdilər.