Uğur qazanan şagirdlərimiz

Elman Heydərov adına 197 saylı tam orta məktəbin X a sinif şagirdi Mirzəliyeva Bənovşə Elman qızına Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir “mövzusunda keçirilən İnşa yazı müsabiqəsində iştirakına görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şəhadətnamə verilmişdir.
Məktəbimizin XI sinif şagirdi Məcidli Məcid Kombat İK. Full Kenipo üzrə AVRASİYA çempionatı üzrə I yerə layiq görüldüyünə görə 21 oktyabr 2018 –ci il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən və 27- 28 oktyabr 2018 ci il tarixində “KHAZAR SELECTİON” adlı MMA üzrə turnirdə 51 KQ çəki dərəcəsində I yer tutduğuna görə Azərbaycan Respublikası İdman İctimai Birliyi tərəfindən diplomlarla təltif olunmuşdur.
Məktəbimizin X sinif şagirdi Fərəcov Səmral 12 – 14 oktyabr 2018 –ci ildə Moldovada keçirilən WKC karate üzrə yarışda III yerə layiq görüldüyünə görə Birləşmiş Millətlərin SHOTOKAN Karate Federasiyası tərəfindən diplom və medalla təltif edilmişdir.