Mehdi Hüseynzadə - 100

29 oktyabr 2018-ci il tarixində Elman Heydərov adına 197 saylı məktəbin kitabxanasında “Mehdi Hüseynzadə-100” mövzusunda" Dəyirmi masa" keçirildi.
Tədbiridə məktəbin təşkilatçısı Salmanova İradə Ədəbiyyat müəllimi Məmmədrəhimova Elnarə,UBR Heydərova Vüsalə, kitabxana müdiri Məmmədova Zülfiyyə və məktəbin 6-cı sinif şagirdləri iştirak edirdilər.
Tədbiri məktəbin kitabxana müdiri Məmmədova Zülfiyyə açıq elan etdi.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir iştirakçıları M.Hüseynzadənin həyat və fəaliyyətindən söz açdılar. Mehdi Hüseynzadənin partizan hərəkatının fəal iştirakçısı olması va neçə-neçə qəhrəmanlıqları haqqında danışdılar.
6-cı sinif şagirdləri: Əhmədova Səbinə, Zülfəliyeva Xanım, İlyasova Vəfa, İsrafilzadə Xalidə , Məmmədova Səadət Mehdi Hüseynzadənin Azərbaycan xalqının qəhrəman oğlu kimi həyata keçirdiyi hərbi əməliyyatları haqqında geniş söhbət açdılar.
Sonda Mehdi Hüseynzadənin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.