Müstəqil Azərbaycan

 · 

     Qaradağ rayonu Elman Heydərov adına 197 sayli tam orta məktəbdə 18 oktyabr Azərbaycan Dövlət Müstəqillik Günü münasibəti ilə “Dəyirmi masa” keçirildi.

      “Dəyirmi masa” Azərbaycan Dövlət Himni ilə başladı.18 oktyabr müstəqillik gününün 27-ci ildönmü ilə əlaqədar məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə məlumat verdi. Məktəbin tarix müəllimi Mavilə Səlimova Azərbaycan  Respubliksaının Dövlət Müstəqilliyinin yaranma tarixi haqqında geniş məruzə ilə çıxış etdi.

    Şagirdlər Müstəqillik gününə həsr olunmuş şeirlər və mahnılar səsləndirildi.

   “Dəyirmi masa” nın sonunda müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş videoçarx göstərildi.

     Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə 197 saylı tam orta məktəbin kollektivi Azərbaycan xalqını təbrik edir. Müstəqillik gününüz mübarək, hürriyyətimiz daim olsun!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi