Bilik Günü

 

   15 sentyabr 2018 /2019 – tədris ilinin başlanması ilə əlaqədar Qaradağ rayonu Elman Heydərov adına 197 saylı tam orta məktəbdə “Bilik günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə qəsəbə üzrə İcra hakimiyyətinin nümayəndəsi  Məmmədov Zaur və Bələdiyyə sədri Əbdülbağıyev  Rövşən iştirak edirdilər.

   Tədbir Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsi ilə başladı.Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə öz çıxışında müəllimləri və şagirdləri “Bilik günü “ münasibətilə təbrik etdi.

      Məktəbin direktoru Elmira Namazova öz çıxışında məktəbin naliyyətləri  haqqında məlumat verdi. Tələbə adını qazanan şagirdləri təbrik etdi və 1 – ci sinfə qədəm basan şagirdlərə uğurlar arzuladı.

    Eyni  zamanda  Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar tədbirə Qarabağ müharibəsi veteranları da dəvət olunmuşdular.

  Tədbirdə məzun adını qazanmış şagirdlərimiz də iştirak edirdilər.

   Tədbirdə iştirak edən qonaqlar çıxış edərək məktəb kollektivinə  öz təşəkkürlərini bildirdilər və hamıya yeni tədris ilində uğurlar arzuladılar .

      Sonda “İlk zəng” sədaları altında məktəbin şagirdləri sinif otaqlarına daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi