110 Yaşlı Gənc

     29 may 2018 -ci ildə Elman Heydərov adına 197 saylı tam orta məktəbdə nakam şairimiz Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi.
    Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat  müəllimi Asif Abbaslı şairin qısa, .lakin mənalı və məhsuldar həyat yaradıcılığı haqqında məlumat verdi, müsabiqə iştirakçılarına uğurlar dilədi.
     Müsabiqədə müxtəlif yaş qrupundan olan şagirdlər Mikayıl Müşfiqin şeirlərini səsləndirdilər. Münsiflər heyyətinin yekun rəyi ilə VII b sinif şagirdi Mikayılov Mikayıl Məmmədəli oğlu və VII a sinif  şagirdi Şahbazova Lamiə Ceyhun qızı 1 -ci yerə layiq görüldülər və Qaradağ rayon turuna vəsiqə qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi