28 May Respublika Günüdür

        24 May 2018-ci il tarixində Elman Heydərov adına 197 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himininin səsləndirilməsi ilə başladı.

       Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularına həsr olunmuş məruzələr, çıxışlar dinlənildi. Həmçinin, şagirdlər Xalq Cümhuriyyətinə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər.

      Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və onun qurucuları olan M.Ə Rəsulzadə, Fətəli Xan Xoyski,  Əlimərdan Bəy Topçubaşov, Həsən Bəy Ağayev, Nəsib Bəy Yusifbəyli,  Səməd Bəy Mehmandarov,  Əliağa Şıxlinski və digərləri barədə slaydlar, videoçarxlar tədbiri daha da rövnəqləndirdi.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi