Sağlam həyat tərzi

2018-ci il 15 may tarixində Elman Heydərov adına 197 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə açaraq öz çıxışında “Məktəblilərdə sağlam həyat tərzinin formalaşdırılması” mövzusunda məruzə etdi. Sonra isə söz məktəbin tibb bacısı Dəmirqayazadə Ziba xanıma verildi. O, çıxışında siqaret və digər zərərli vərdişlərin zərərləri haqqında məruzə etdi.. Tədbirdə 8-ci sinif şagirdi Nuray Səmədova “Sağlam həyat tərzi” haqqında şagirdlərə ətraflı məlumat verdi. Sonda narkomaniya və sağlam həyat tərzinə aid videoçarxlar nümayiş olundu