Qəlblərdə yaşayan insan

2018-ci il 10 may tarixində Elman Heydərov adına 197 saylı tam orta məktəbdə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönmünə həsr olunmuş “Qəlblərdə yaşayan insan” adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbiri 10 a sinif şagirdi Abbasova Ləman açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdi. Tədbirdə şagirdləriin ifasında ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevə, Azərbaycana, doğma torpağa həsr olunan şeirlər və musiqi nömrələri səsləndirildi. Sonra isə Heydər Əliyevə həsr olunmuş videoçarxlar göstərildi.