Qələbə Günü

2018 - ci il 8 may tarixində Elman Heydərov adına 197 saylı tam orta məktəbdə Böyük Vətən müharibəsinin 73- cü ildönümünə həsr olunmuş "Qələbə günü" adlı tədbir keçirildi Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri 9 a sinif şagirdi Zülfüqarov Rəvan açaraq II dünya müharibəsi haqqında geniş məlumat verdi.
Məktəbin şagirdləri Qələbə gününə həsr olunmuş mahnılar və şeirlər ifa etdilər.
Tədbirin sonunda azərbaycanlıların II Dünya müharibəsi illərində göstərdiyi qəhrəmanlıqlara aid videoçarxlar nümayiş etdirildi.