Azərbaycan Xalq Cümhuriyyəti - 100

     27 aprel 2018-ci il tarixində Elman Heydərov adına 197 saylı məktəbin kitabxanasında AXC-nin “100” illiyi ilə əlaqədar olaraq Dəyirmi masa keçirildi. Tədbiri  kitabxana  müdiri Məmmədova Zülfiyyə açıq elan etdi. İlk öncə Azərbaycan Respublikasının Himni səsləndirildi. Daha sonra  söz verildi məktəbin tarix müəllimi Səlimova Maviləyə. O, öz çıxışında  bildirdi ki,  Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəs i nəticəsində , Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış  müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası  kimi tanınmışdır. Həmçinin tarix müəllimi   qeyd etdi  ki, dövlət  hakimiyyəti  üç qoldan ibarət idi: -  Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti.  Dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə  Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular.

     Daha sonra çıxış üçün söz məktəbin dil-ədəbiyyat müəllimi Abbaslı Asifə verildi. Ədəbiyyat müəllimi bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. Km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə əzəli Azərbaycan  torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı.  AXC hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının  paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan  Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu.

Daha sonra məktəb şagirdləri AXC-nin “100” illiyi ilə bağlı şeirlər səsləndirdilər.

     Sonda məktəbin kitabxana müdiri Məmmədova Zülfiyyə çıxış  edərək bildirdi ki,  Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-in hərbi müdaxiləsi  nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik  qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi . Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Çıxışını  bitirdikdən sonra kitabxana müdiri tədbiri bağlı elan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi