Ən yaxşı şeir ifaçısı bədii qiraət müsabiqəsi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 - illik yubileyinin keçirilməsi barədə "tədbirlər planına əsasən 10 aprel 2018 -ci ildə məktəbimizdə şagirdlər arasında "Azərbaycan Xalq Cümhuriyyəti ili " milli özünüdərkin kerçəkləşməsi üçün zəmindir" adlı "Ən yaxşı şeir ifaçısı" bədii qiraət müsabiqəsinin I mərhələsi  keçirildi. Müsabiqədə 23 şagird və münsiflər heyyəti iştirak edirdi.Müsabiqənin keçirilməsində məqsəd Şərqdə ilk demokratik republika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə şagirdlərin əldə etdikləri bilikləri təkmilləşdirmək,vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirmək idi .Bu müsabiqədə I yerə 7b sinif şagirdi Novruzov Hüseyn , ll yerə 6a sinif şagirdi Məlikova Zarina, lll yerə isə 8 a sinif şagirdi Şahbazova Lamiyə layiq görüldü. Qalib olan şagirdlərə münsiflər heyyəti tərəfindən diplomlar təltif edildi.

      

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi