Dörd gün və danılmaz dörd həqiqət...

04. 04.2018 – ci ildə məktəbimizdə aprel döyüşləri ilə əlaqədar “Dörd gün və danılmaz dörd həqiqət” adlı tədbir keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə açdı. Sonra aprel döyüşlərində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəbimizin tarix müəllimi Səlimova Mavilə çıxış edərək aprel döyüşləri haqqında geniş məlumat verdi. Şagirdlər şəhidlərimizə həsr olunmuş şeir və mahnılar ifa etdilər. Sonda aprel döyüşlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi.
Aprel döyüşləri və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.