31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür

       Azərbaycanlıların soyqırımı günü - Azərbaycanda martın 31- i qeyd edilir. Martın 31 -i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüsssənin əzəməti ilə unudulmaz. Tarixdə çox döyüşlər,müharibələr olmuşdur. Bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var - dövlət hərisliyi, dünya ağalığı xülyası olub.Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, yer üzündən silməkdir. Ən pisi də odur ki ,soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini ,vəhşiliyini ört basdır edir.

     Mart Soyqırımı 1918 -ci ilin 30 mart -3 aprel tarixləri arsasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba ,Xaçmaz,Lənkəran,Hacıqabul, Salyan Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın idi.

   1918 - ci il azərbaycanlıların soyqırımının 100- cü ildönümü ilə bağlı Elman Heydərov adına 197 saylı tam orta məktəbdə esse və inşa yazı müsabiqələri keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi