Əsgərlərlə görüş

2018-ci il martın19-da 197 saylı tam orta məktəbin rəhbərliyi Novruz bayramı ilə əlaqədar şagirdlərlə birgə “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirdi. Məktəb rəhbərliyi əsgərlərimizə bayram sovqatı apardı, onların bayramlarını təbrik etdi, əsgərlərlə birgə rəqs etdilər.
Bayram atributları olan Keçəl və Kosa şagirdlərlə birgə əsgərlərimizin qarşısında çıxış etdilər. Məktəbin direktoru Elmira Namazova, tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova, məktəbin hərbi məllimi Fərzəli Hacıyev və məktəbin Azad Həmkarlar Təşkilatının sədri Məmmədova Tailə əsgərlərin qarşısında çıxış edərək onları Novruz bayramı münasibəti ilə təbrik etdilər.
Sonda “N” saylı hərbi hissənin komandiri tərəfindən 197 saylı tam orta məktəbin direktoru Elmira Namazovanı Novruz bayramı münasibətilə, eləcə hərbi hissənin şəxsi heyyəti arasında mənəvi-mədəni tədbirlərin fəal çıxışlarının aparılmasına görə Fəxri Fərmanla təltif etdi.