Yurdumuza Bahar gəlir

 

     2018-ci il martın 19-da  Elman Heydərov adına 197 saylı tam orta məktəbdə “Yurdumuza Bahar gəlir” adlı Novruz şənliyi keçirildi. Şənlikdə şagirdlər Novruza həsr olunmuş şeirlər, mahnılar və rəqslərlə çıxış etdilər.Novruzun atributlarından olan  Kosa və Keçəlin gəlişi şənliyi daha da maraqlı etdi.Tonqalın ətrafında şagirdlər Yalli getdilər.

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan  bayramlarındandır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar.
          Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramında süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu halda süfrədən gül-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyyədə və bir-birinə xoş sözlər deməlidirlər.

 Son olaraq isə xalqımıza bahar təravətli günlər, xoşbəxtlik və firavan həyat arzulamaqla, Novruz bayramının işğal altında olan Dağlıq Qarabağın azad edilərək, böyük coşqu və təntənə ilə bu bölgədə qeyd olunmasını diləyirik.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi