Qəhrəman oğlumuz Elman Heydərov

 

         23 fevral 2018 - ci ildə 197 saylı tam orta məktəbdə ,məktəbimizin adını daşıdığı məzunumuz , vətənin layiqli övladı, ,fəxrimiz Heydərov Elman Səftər oğlunun anadan olmasının 50 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.İlk öncə şagirdlər şəhidimizin qəbrini ziyarət etdilər və məzarının üzərinə tər qərənfillər düzdülər.Ziyarətdə şəhidin doğmaları,sinif yoldaşları və qəsəbə nümayəndələri də iştirak etdilər.Ziyarət bitdikdən sonra tədbir məktəbdə davam etdi.
Şəhid Elman Heydərovun məktəbdəki büstü qarşısına onun şərəfinə hazırlanmış əklil qoyuldu və şəhid məzunumuzun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə şəhidimizlə bağlı xatirələrini bölüşmək üçün onun doğmalarına da söz verildi.Şagirdlərin ifasında Elmana həsr olunmuş şeirlər ,mahnılar və tamaşa nümayiş etdirildi. Sonda şəhidin "Həyat hekayəsi" adlı videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi