Xocalı harayı


       26 fevral  2018 - ci ildə Elman Heydərov adına 197 saylı tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini İradə Salmanovanın təşkilatçılığı ilə Xocalı faciəsinin 26 - cı ildönümünə həsr olunmuş "Xocalı harayıı" adlı tədbir keçirildi.Tədbirdə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra şagirdlərin ifasında Xocalı faciəsinə həsr edilmiş şeirlər  və mahnılar səsləndirildi, tamaşalar göstərildi. Sonda tədbir iştirakçıları Xocalıya həsr olunmuş kinofilmə baxdılar.

     1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi