Xocalı faciəsinə həsr olunmuş Dəyirmi masa

22 fevral 2018 – ci il tarixində Elman Heydərov adına 197 saylı tam orta məktəbdə Xocalı soyqrımının 26 – cı ildönümü ilə əlaqədar Dəyirmi masa keçirildi. Dəyirmi masada ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin tarix müəllimi Səlimova Mavilə çıxış edərək bildirdi ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götrülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar.
Məktəbin dil-ədəbiyyat müəllimi Məmmədrəhimova Elnarə öz çıxışında qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, həmçinin ən qanlı səhifəsidir.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə öz cıxışında qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli soyqırımı kimi daxil olmuşdur. Həmçinin bildirdi ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və unutmamalıdırlar.
Sonda məktəbin şagirdləri Xocalı soyqırımı haqqında məruzələr etdilər.