Xocalı fəryadı

        22 fevral 2018- ci il tarixində Elman Heydərov adına 197 saylı tam orta məktəbin ibtidai siniflərində  Xocalı soyqrımı ilə əlaqədar "Xocalı fəryadı" adlı tədbir keçirildi. Tədbirdə Xocalı qurbanlarının ruhlarına hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla onların əziz xatirəsi yad edildi. Daha sonra şagirdlər Xocalı faciəsinə həsr edilmiş müxtəlif şeirlər səsləndirdilər. İbtidai sinif şagirdlərinin iştirakı ilə bu mövzuda tamaşa göstərildi. 

       Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Salmanova  çıxış edərək bildirdi ki,bu faciə bütün Azərbaycan xalqını sarsıtmış,Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur.Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışdır. 

     Sonda tədbirdə Xocalı faciəsilə bağlı videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi