Xocalı faciəsi uşaq yaradıcılığında

20.02.2018-ci il tarixində Elman Heydərov adına 197 saylı tam orta məktəbdə məktəb üzrə Xocalı soyqrımının 26-cı ildönümü ilə əlaqədar “ Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda rəsm və inşa müsabiqəsi keçirildi. Şagirdlər cinayətkar erməni vəhşiliklərini rəsmlərində və inşalarında öz düşüncə tərzlərində əks etdirdilər.
Xocalı soyqrımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqın, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.
Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır.