Qəhrəmanlarımızla fəxr edirik

             Fevralin 16-da Elman Heydərov adına 197 saylı tam orta məktəbdə  Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədrəhimova Elnarə 10-cu sinifdə  “Xocalı soyqrımı ilə əlaqadar publisistik məqalənin hazırlanması” mövzusunda  dərs keçdi.

            Dərs Xocalı soyqrımının 26-cı ildönümü ərəfəsinə təsadüf etdiyindən müəllim  mövzunu bu faciə ilə əlaqələndirdi. Belə ki, o şagirdlərə “ Qəhrəmanlarımızla fəxr edirik”  publisistik məqaləsini  yazmağı tövsiyə etdi.

          Şagirdlər bu başlıq altında ayrı-ayrılıqda Allahverdi Bağırov , Əlif  Hacıyev, Çingiz Mustafayev və digər qəhrəmanlar haqqında məqalə yazmaq üçün hər bir qəhrəmanın keçdiyi qəhrəmanlıq yolunu dərindən araşdırdılar, məqaləni yazdılar. Məqalələrdə onların keçdiyi qəhrəmanlıq yolunun şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsinə təsir etdiyi aydın duyulurdu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi