20 YANVAR - ŞƏRƏF VƏ QÜRUR TARİXİMİZ

19.01.2018-ci il tarixində Elman Heydərov adına 197-saylı tam orta məktəbdə 20- Yanvar faciəsinin 28-ci ildönmü ilə əlaqədar məktəbdə “20 Yanvar Gününün Azərbaycan suverenliyi, istiqlaliyyəti və ərazi və bütövlüyü ” uğurunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbir keçirildi. Tədbirdə vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbirdə 20 Yanvar faciəsinin 28 –ci ildönümünə həsr olunmuş şeirlər, mahnılar və videoçarxlar nümayiş etdirildi.Artıq 28 ildir ki Qanlı Yanvar facisi qurbanlarının xatirəsi qəlbimizdə yaşayır, hər ildönümü günündə milyonlarla insan şəhidlərimizə ehtiramını bildirmək üçün Şəhidlər xiyabanını ziyarət edir.Bu gün respublikamızın hər bir guşəsində 20 Yanvar faciəsinin 28 –ci ildönümü ilə əlaqədar mərasim keçirilir.Biz də şəhidlərimizin ölməz ruhu qarşısında baş əyir və dərin ehtiramımızı bildiririk.
Ruhunuz şad olsun, şanlı şəhidlərimiz!