Dəyirmi masa

      Yanvarın 16-da Elman Heydərov adına 197 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 28 – ci ildönümünə həsr olunmuş “Dəyirmi masa”keçirildi.

    Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə açaraq vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.Sonra İ.Salmanova çıxışında faciənin baş verdiyi 20 Yanvar tariximizə ümumxalq hüzün günü kimi daxil olduğunu bildirdi.     

    Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

   "Dəyirmi masada" şagirdlər 20 Yanvar faciəsi haqqında məruzələrlə çıxış etdilər.Sonda 20 yanvar faciəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

 Şəhidlər şəhidlik zirvəsinə ucaldı, hərəsi bir nəslin soyadını vətən tarixinə yazdı, ədəbiyyətə qovuşdu.

     Bütün şəhidlərə Allahdan rəhmət diləyirik.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi