Narkomaniya bəşəriyyətin bəlası

     15 dekabr  2017-ci ildə E.Heydərov adına 197 saylı tam orta məktəbdə “ Narkomaniya bəşəriyyətin ən qorxulu bəlasıdır” mövzusunda tədbir  keçirildi.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Salmanova İradə açıq elan etdi.Sonra o, “Narkotik vasitələrin  insan həyatına vurduğu zərbə” mövzusunda məruzə edərək, narkomaniyanın bəşərin ən qorxulu bəlası olduğunu şagirdlərin diqqətinə çatdırdı. İradə müəllim bildirdi ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar.Narkotikdən aslılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır .Tibbi təcrübələr göstərir ki , narkomaniya ilə mübarizə aparmaq çox çətindir . Bu bəladan xilas olmaq çox az insana nəsib  olur. Narkotikə qurşanmış əksər insanlar bu bataqlıda məhv olub gedirlər.

     Tədbirdə  Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov  və Qaradağ Rayon İcra Hakimiyyətinin Korgoz qəsəbəsi üzrə  nümayəndəsi    Zaur   Məmmədov   iştirak edirdilər. Onlar  da  öz çıxışlarında  narkotik vasitələrin insan həyatına ağır zərbə vurmasından söz  açdılar. Şagirdlərə ozlərini və ətraflarındakı insanları  bu zərərli vərdişlərdən  qorumağı tövsiyə etdilər.

     Daha sonra  9a sinif şagirdi Əliyeva Əminə  “ağ ölüm”ün  qara fəsadları haqqında danışdı.

Sonda narkomaniya bəlasına düçar olmuş insanların düşdüyü acınacaqlı vəziyyəti əks etdirən videoçarx nümayiş olundu.  Həmçinin , şagirdlərə maarifləndirici bukletlər də  paylandı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi