Azərbaycan xalqının ümummilli lideri - Heydər Əliyev

         12 dekabr 2017-ci il tarixində Elman Heydərov adına 197 saylı  tam orta məktəbdə ulu öndər Heydər Əlirza oğlu Əliyevin vəfatının 14 – cü ildönümünə həsr olunmuş “Dəyirmi masa” və “Müstəqil Azərbaycanın Memarı” adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Sonra isə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

        Tədbiri məktəbin təşkilatçısı Salmanova İradə açaraq Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi,dünya miqyaslı siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığından danışdı.O,çıxışında bu dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmasını vurğuladı.

      Məktəbin tarix müəllimi Səlimova Mavilə ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyindən, fitri istedadından, müdrikliyindən, siyasi iradəsindən, dözüm və səbirliliyindən şagirdlərə məlumat verdi. Məktəbin şagirdləri Heydər Əliyevə həsr olunmuş şeir və məruzələrlə çıxış etdilər. Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevə həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

       Əbədi liderimiz Heydər Əliyevin qəhrəmanlığı dünya durduqca bütün ərzə işıq saçacaq. Dünyanı nura qərq edəcəkdir. Dünya xalqları onun məktəbindən dərs alacaqlar.O, bir böyük memar kimi Azərbaycanı qurdu,yaratdı,yaşatdı və bütün dünya xalqları ilə ünsiyyət - dostluq yollarını möhkəmləndirdi.

         Onun qurduğu bu doğma Azərbaycan daim yaşayacaqdır!

        Allah dahi şəxsiyyət – Heydər Əlyev cənablarının ruhunu şad etsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi