Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi

24.11.2017-ci il tarixində E. Heydərov adına 197 saylı tam orta məktəbdə məktəblilərin kimya elminə olan marağını daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkminləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" keçirildi. Müsabiqə 3 komandadan ibarət olmaqla IX- X-XI sinif şagirdləri arasında keçirildi. Komandalar əvvəlcə 30 sualdan ibarət test tapşırıqlarını yerinə yetirdilər. Sonra hər komanda 2 məsələ və 1 təcrübə işi nümayiş etdirdi.
Ekspert qrupu tapşırıqları daha tez və düzgün yerinə yetirən komandanı müəyyənləşdirdi və qalib komanda rayon turunda iştirak etmək üçün vəsiqə aldı.