“Vətənə, millətə, dövlətə sevginin zirvəsi Azərbaycan bayrağı”

Uçal Qarabağda, Qərbdə, Cənubda!Yumruq tək birləşsin Azərbaycan da! Şənliklər başlasın eldə, obada.Gəl bu şənliklərdən bac al bayrağımDalğalan bayrağım, ucal bayrağım.Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında- yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradir.08.11.2017-ci il tarixində E. Heydərov adına 197 saylı tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini İradə Salmanovanın təşkilatçılığı ilə 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayraği Gününə həsr olunmuş “Vətənə, millətə, dövlətə sevginin zirvəsi Azərbaycan bayrağı” adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikası Dövlət himni səsləndirildi. Tədbiri təşkilatçı İradə Salmanova Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə acdı –“ Bİr kərə yüksələn bayraq bir daha enməz!”Məktəbin tarix müəllimi Səlimova Mavilə bayrağimizin yaranma tarixi haqqında şagirdlərə məlumat verdi. Sonra şagirdlərin ifasında bayrağa həsr olunmuş seir və mahnılar dinlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi