Molla Pənah Vaqif - 300

31 oktyabr 2017-ci il tarixində E.Heydərov adına 197 saylı məktəbdə M.P.Vaqifin “300” illik yubileyi ilə əlaqədar kitabxana müdiri Məmmədova Zülfiyyə 8a sinfində oldu və böyük Azərbaycan şairi M.P.Vaqifin həyat və yaradıcılığı ilə bağlı söhbət apardı. Kitabxana müdiri söhbətində bildirdi ki, M.P.Vaqif öz əsərlərilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Kitabxana müdiri həmçinin qeyd etdi ki, Molla Pənah Vaqif XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.O, Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında mühüm xidmətləri olmuş şairdir. Vaqif yüksək zövq, dərin və incə duyğular şairidir. Klassik şeirimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir. Daha sonra şagirdlərin ifasında M.P.Vaqifin əsərlərinə müraciət olundu. M.P.Vaqifin “300” illik yubileyi ilə əlaqədar məktəbin kitabxanasında divar qəzeti hazırlanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi