Uşaq hüquqları aylığı

30.10.2017- ci il tarixində E.Heydərov adına 197 saylı tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini İ.Salmanova və UBR – i Heydərova Vüsalənin təşkilatçılığı ilə “Uşaq ailənin möhkəmliyi, xalqın gələcəyidir” mövzusunda uşaq hüquqları aylığı ilə əlaqədar tədbir keçirildi. Tədbiri məktəbin 9a sinif şagirdi M.Bənövşə açaraq uşaq hüquqları haqqında məlumat verdi.O, çıxışında cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil etdiyini qeyd etdi.Daim qayğıya,şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması , onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir.Bu mənada 1950 – ci il iyunun 1 – də birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlqrının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz BMT – nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında “ Bəyannaməni qəbul etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Şagirdlər öz çıxışlarında uşaq hüquqları konvensiyası haqqında məruzələr etdilər. Sonda acı taleli uşaqların ailədə və cəmiyyətdə hüquq pozuntularına mükəmməl nümunə olaraq “Qaraca qız” kinoflimi nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi