Əllərin gigiyenası

24.10.2017-ci il tarixində 197 saylı tam orta məktəbdə məktəbin tibb bacısı Dəmirqayazadə Ziba xanım bütün siniflərdə “Əllərin Gigiyenası” mövzusunda söhbət apardı. Əllərin gigiyenası- insanları hər addımda izləyən bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir. Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir! Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus, salmanollez və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşmƏlləri axşam yatmazdan əvvəl, səhər yuxudan oyananda, qida qəbulundan öncə və hər dəfə çirklənəndə mütləq yumaq lazımdır. İnsanlarla fiziki ünsiyyətdən (əlsıxma), tualetdən, burun silmə və ya asqırmadan, heyvanlarla təmasdan sonra, yemək hazırlayarkən ya da qida qəbulundan, yatmazdan əvvəl, gəzintidən, təmizlik işlərindən sonra və ümumiyyətlə əllərin çirkləndiyi hər halda yaxşıca yumaq tövsiyə olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi