18 Oktyabr Azərbaycanin Dövlət Müstəqilliyi Günü

18.10.2017-ci il tarixində E.Heydərov adına 197 saylı tam orta məktəbdə 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə məktəbin tərbiyə işləri üzrə drektor müavini Salmanova İradə və UBR-i Heydərova Vüsalənin təşkilatçılığı ilə əlaqədar inşa,rəsm müsabiqəsi və tədbir keçirildi. İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbiri məktəbin təşkilatçısı açaraq 18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin yaranması haqqında şagirdlərə məlumat verildi.Tədbirdə şagirdlərin ifasında Müstəqilliyimizə həsr edilmiş məruzələr dinlənildi. Şeirlər, mahnılar səsləndirildi və videoçarxlar nümaiş etdirildi.Tarix dəfələrlə sübut edib ki,müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı.Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyi bərpa etmək imkanı verdi.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin Sessiyasında “Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Əziz Azərbaycan xalqı müstəqillik bayramınız mübarək.